Ermənistanda nazirlərin istefasını Paşinyan tələb edibmiş
Ermənistanın Baş naziri Nikol Paşinyan bir neçə yüksək rütbəli məmurdan istefa verməsini xahiş etməsi ilə bağlı mətbuatda yayılan xəbərləri təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə baş nazir öz “Facebook” səhifəsində yazıb.
“Hörmətli həmvətənlər, mətbuatda və sosial şəbəkələrdə gedən kütləvi müzakirələri nəzərə alaraq bildirməyi zəruri hesab edirəm ki, mən bir sıra yüksək vəzifəli şəxslərin vəzifələrindən istefa vermələrini xahiş etmişəm. Belə bir müraciətin edilməsinin səbəbi şəxsi deyil, sistem xarakterlidir”, - baş nazir öz “Facebook” səhifəsində yazıb.
O, həmçinin əlavə edib ki, adları çəkilən həmkarlarının dövlətçiliyin inkişafında xidmətlərini inkar edə bilməz və hər kəsə verdiyi töhfəyə və bu xahişi başa düşdüyünə görə təşəkkür edib.