Bakı. Trend:
Sərfəlilik strategiyası ilə yanaşı, sosial məsuliyyətprinsiplərinə də önəmlə yanaşan “Nar”ın dəstəyi ilə jurnalistlərüçün təşkil olunan ekologiya mövzusunda beynəlxalq təlim uğurlayekunlaşıb.
“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İB-nin təşkil etdiyi təliminsonunda iştirakçılara beynəlxalq eko-sertifikatlar təqdim edilib.Təlim nəticəsində media nümayəndələri COP29 konfransında dahahazırlıqlı iştiraklarını təmin ediblər.
İki gün davam edən onlayn sessiyalardan sonra təlimin songünündə təlimçi – ekologiya mövzusu üzrə beynəlxalq ekspert və COPkonfranslarının daimi iştirakçısı Tais Gadea Lara jurnalistlərləsəhər yeməyində görüşüb. Görüş zamanı Lara və media əməkdaşlarıölkəmizin ev sahibi olduğu COP29 konfransı ilə bağlı müzakirələraparıb, təəssüratlarını bölüşüblər.
Qeyd edək ki, 3 gün davam edən təlimdə media nümayəndələrinəqlobal istiləşmə, iqlim dəyişikliyi layihələrinin hazırlanması vəbüdcə idarəetməsi barədə geniş məlumat verilib. Bu biliklərjurnalistlərin hazırda davam edən COP29 konfransında müzakirəolunan mövzulara daha dərindən yanaşmalarına və ekoloji mövzularımediada peşəkar şəkildə işıqlandırmalarına imkan yaradıb.
“Nar” bu təşəbbüsü ilə ESG (ətraf mühit, sosial məsuliyyət vəkorporativ idarəetmə) prinsiplərinə və iqlim dəyişikliyi iləmübarizədə medianın maarifləndirici roluna dəstəyini nümayişetdirir. Mobil operatorun korporativ sosial məsuliyyət çərçivəsindəgerçəkləşdirdiyi bütün layihələr haqqında buradan ətraflı məlumat əldə edə bilərsiniz.
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitəxidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinəgörə ölkədə lider mobil operatordur. Mobil operatormüştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymətqarşılığında üstün xidmət təqdim edir.