"Haber Türk": Qəndildə 5 PKK terrorçusu zərərsizləşdirilib
Milli Müdafiə Nazirliyi İraqın şimalında həyata keçirilən hava əməliyyatı nəticəsində Qəndil bölgəsində 5 PKK terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb.
"Yeni Şafak": İraq "İnkişaf Yolu" üçün təşəbbüs qaldırıb
Ticarət naziri Ömər Bolat bu gün İraqda həm iqtisadi əlaqələri gücləndirmək, həm də "İnkişaf Yolu" layihəsini müzakirə etmək üçün mühüm təmaslar keçirir. İraq və Türkiyə başda ticarətin aparılacağı yol olmaqla, həyata keçirilməsi lazım olan infrastruktur və digər bir sıra layihələri müzakirə edir.
"Sabah": Yeni elm mərkəzləri istifadəyə veriləcək
Sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır ilin sonuna qədər 2-si İstanbulda olmaqla 5 yeni elm mərkəzi istifadəyə verəcəklərini bildirərək, “Beləliklə, ölkəmizdə elm mərkəzlərinin sayı 40-a çatacaq" deyib.
"Star": Uraloğlu: "Yerli texnologiyamız istifadəyə verildi"
Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Türk mühəndislər tərəfindən hazırlanmış ilk yerli və milli hava hərəkətini izləmə proqramı olan İnteraktiv Radar Analizi və Məlumat Ekranının (İRADE) Çukurova və İstanbul Atatürk hava limanlarında istifadə olunmağa başladığını bildirib.
"Hürriyet": ŞKTT-nin yaranmasının 41-ci ildönümü qeyd olundu
Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin yaranmasının 41-ci ildönümü həm Almaniyanın paytaxtı Berlində, həm də İngiltərənin paytaxtı Londonda ziyafət və dəvətlərlə qeyd olunub.