AZ

Yeni ekspres avtobus marşrutu istifadəyə verilir

Noyabrın 19-dan Köhnə Günəşli qəsəbəsinin Səməd bəy Mehmandarov küçəsini “Sədərək” ticarət mərkəzi ilə əlaqələndirən E2 nömrəli ekspres marşrutu fəaliyyətə başlayacaq.   

Bu barədə News365.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verib. 

Məlumata görə, marşrut üzrə avtobuslar 15 dəqiqə hərəkət intervalı ilə saat 06:00-dan 20:00-dək sərnişinlərə xidmət göstərəcək və gediş haqqı 0.50 AZN müəyyən edilib. 

Bildirilib ki, marşrut üzrə Neapol və Ukrayna dairələri, Ramiz Quliyev küçəsi (Nargilə dairəsi), 8 Noyabr prospekti (Bakı İstilik Elektrik Mərkəzi), 2 saylı “ASAN Xidmət”, Zərifə Əliyeva küçəsi (“Sahil” metrostansiyası), Azneft dairəsi və Bibiheybət məscidi aralıq dayanacaq məntəqələri kimi təyin edilib.  "Azərbaycanda mobilliyin transformasiyası proqramı çərçivəsində yeni marşrut şəbəkəsinin tətbiqi davam etdirilir. Paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə AYNA tərəfindən bütün marşrut xətləri təhlil edilib və əhalinin ictimai nəqliyyatdan rahat istifadə etməsi üçün yeni marşrut şəbəkəsi hazırlanıb və data əsaslı analitik alət olan Bakının “Rəqəmsal əkizi” vasitəsilə simulyasiya edilib. Simulyasiya nəticəsində yeni şəbəkənin ictimai nəqliyyata əlçatanlığı ciddi artıracağı, eləcə də daha yüksək orta sürət göstəricilərinin olacağı müəyyən edilib",- deyə məlumatda qeyd olunub.

Seçilən
9
47
news365.az

10Mənbələr