AZ

Ermənistanda istefalar davam edir: Daha bir nazir vəzifədən getdi

Ermənistanın daxili işlər naziri Vahe Kazaryan istefa verib.

hakimiyyet.az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, məlumatı nazirliyin mətbuat katibi Narek Sarkisyan təsdiqləyib.

Xatırladaq ki, noyabrın 17-də axşam saatlarında Ermənistan KİV-də ölkənin ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan, Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rustam Balasyan və İstintaq Komitəsinin rəhbəri Argişti Kyaramyan və daxili işlər naziri Vahe Kazaryanın istefası ilə bağlı xəbərlər yayılmışdı.

Noyabrın 18-də səhər saatlarında Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri Sasun Xaçatryan və Ali Məhkəmə Şurasının rəhbəri Karen Andreasyanın vəzifələrindən getdiyi rəsmən məlum olub.

Daha sonra baş nazir Nikol Paşinyan öz "Facebook" hesabında məlumatı təsdiqləyib və istefaların təşəbbüskarının özü olduğunu bildirib. Paşinyanın sözlərinə görə, bu qərar şəxsi motivlər deyil, sistemli problemlər səbəbindən verilib.

11:00

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri Sasun Xaçatryan da istefa məktubu yazıb.

Bu barədə hakimiyyet.az Ermənistan KİV-ə istinadən xəbər verir.

Qeyd edək ki, daha əvvəl sosial şəbəkələrin Ermənistan seqmentində baş nazir Nikol Paşinyanın hökumətin tərkibində təmizləmələr həyata keçirdiyi barədə məlumatlar dərc edilib.

Bu xəbərlər fonunda, həmçinin Ermənistanın ərazi idarəetmə naziri Qnel Sanosyan və Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rustam Balasyanın bildirilib.

Eyni zamanda, daxili işlər naziri Vaqe Kazaryan, İstintaq Komitəsinin rəhbəri Argişti Karamyanın da istefa verdiyi deyilir.

Qeyd edilir ki, istefalar Paşinyanın Nazirlər Kabinetinin iclasında təhlükəsizlik qüvvələrini bu yaxınlarda danlamasından sonra baş verib.

Seçilən
20
27
hakimiyyet.az

10Mənbələr