AZ

“İstefa şousu Nikolun seçkiqabağı məntiqi gedişi idi" -Erməni deputat

Xəbər verdiyimiz kimi Ermənistanda yüksək rütbəli məmurlar istefa veriblər. Baş nazir Nikol Paşinyan bununla bağlı Facebookda paylaşım edərək məmurlardan öz postlarını tərk etmələrini xahiş etdiyini deyib.

Yerli media isə məmur istefalarını sadəcə şou adlandırır.

Ermənistan parlamentinin “Şərəfim var" fraksiyasının deputatı Tiqran Abramyan da yüksək vəzifəli məmurların səs-küylü istefasına toxunub. O, Milli Assambleyada keçirdiyi brifinqdə deyib: "Mən məlum istefaları seçkiqabağı məntiq gediş hesab edirəm. Növbəti seçkilərə az qalıb. Hakimiyyət yeni simaları ortaya qoymağa çalışır. Hökumət bu illər ərzində yığılıb qalmış problemləri həll etməyə cəhd edir. Bu hökumət 2018-ci ildən bəri çoxlu sayda vədlər verib. Amma camaat reallıqda başqa hadisələrin şahidi oldu. Burada günahı müxtəlif şəxslərin və ya sistemdəki problemin üzərinə atmaq lazım idi ki, Paşinyan da buna getdi”.

Abrahamyan istefa şoularının ardınca cinayət işinin başlanacağını da istisna etməyib. Erçəni deputatın fikrincə, vəzifədən məhrumetmə bu insanları məsuliyyətdən azad etmir. Onlar hansısa mərhələdə əməllərinə görə hüquqi qiymət alacaqlar.

Tural

Seçilən
8
news365.az

1Mənbələr