AZ

"Bu, Paşinyanın yeni oyunudur"

"Ermənistanın hüquq-mühafizə sistemində görünməmiş hadisə baş verib: daxili işlər naziri, iki istintaq xidmətinin rəhbəri, Dövlət Gəlirləri Komitəsinin sədri və Ali Məhkəmə Şurasının rəhbəri dərhal istefa verib".

"Unikal" Ermənistan KİV-ə istinadən xəbər verir ki,  bunu “Ayakve” müxalifət təşəbbüsünün həmtəsisçisi Avetik Çalabyan deyib. 

"Bu açıq-aşkar kollektiv istefa olduğu üçün problemi fərdlərdə axtarmağın mənası yoxdur. Bu, indiki rejimin lideri Nikol Paşinyanın başlatdığı yeni oyundur ki, onun köməyi ilə aşağı düşən reytinqini xilas etməyə, gələcək seçkilərə qədər antimilli və dövlət əleyhinə rejimini ağartmağa çalışır. Eyni oyun, Paşinyanın yeni, dövlətpərəst və müasir obrazını yaratmaq üçün nəzərdə tutulmuş təraş, ultra qorunan velosiped sürmələri və siyasi teatr oyununun bir çox digər komponentlərini əhatə edir", - Çalabyan deyib. 

Seçilən
8
50
unikal.az

10Mənbələr