"COP29-un ölkəmizdə keçirilməsi isə Azərbaycanın bu istiqamətdə daha da tanınmasına və beynəlxalq mövqeyinin möhkəmlənməsinə böyük töhfə verəcək". "Olaylar" xəbər verir ki, bunu YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov deyib: "İlk COP 1995-ci ildə Almaniyanın paytaxtı Berlində keçirilib. Sessiyaya BMT-nin beş regional qrupu növbə ilə evsahibliyi edir və hər dəfə bu qrupa aid olan müxtəlif ölkələr ev sahibi olaraq seçilir. Bu il isə növbə Şərqi Avropa qrupunda idi. Azərbaycan Şərqi Avropa ölkələrinin yekdil dəstəyi ilə COP29-un ev sahibi olaraq seçildi. Azərbaycanın bu mühüm tədbirə ev sahibi seçilməsi təsadüfi deyil. Dünyanın əsas siyasi və iqtisadi güc mərkəzlərindən olan Avropaya daxil olan ölkələrin Azərbaycanı dəstəkləməsi ciddi diplomatik uğurdur".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31