AZ

İtaliyadan Qəzzaya 15 ton humanitar yardım

İtaliyadan

İtaliyadakı bir yardım təşkilatı mülki əhaliyə paylanmaq üçün Qəzzaya 15 ton humanitar yardım göndərib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyənin “sabah.com.tr” saytı məlumat paylaşıb.

Məlumatda bildirilir ki, toplanan yardımlar Piza şəhərinin mərkəzindəki hava limanından C-130J tipli hərbi təyyarə ilə yola çıxıb. Təyyarə əvvəlcə Kiprin Larnaka hava limanına uçacaq və yardımlar oradan dəniz yolu ilə Qəzzaya çatdırılacaq. İtaliyanın müdafiə naziri Guido Crosetto “X” platformasındakı paylaşımında "Qəzza xalqının acılarını yüngülləşdirmək üçün əlimizdən gələn hər şeyi etməyə davam edəcəyik. İtaliya acı çəkənləri unutmur" söyləyib.

Seçilən
14
xalqcebhesi.az

1Mənbələr