Türkiyənin Bursa şəhərində 13 yaşlı qızı İdil 2 gün əvvəl axşam saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, ailə bir müddət gözlədikdən sonra qızlarını axtarmağa başlayıblar.
Axtarışlar nəticəsiz qalanda ailə polisə zəng edərək onun itkin düşdüyünü bildirib.
Polis hərəkətə keçib və kiçik qızın sonuncu dəfə 18 yaşında olduğu təsbit edilən bir şəxslə ilə görüldüyünü öyrənib.
Hər iki şəxsin birlikdə yol gedərkən ərazidən uzaqlaşdığı anlar təhlükəsizlik kamerasına düşüb.
Qızı tapmaq üçün ətraflı iş başladılıb.