AZ

“Samsung” qeyri-adi üçqat smartfon üzərində işləyir

Müəllif: Ayşən İmanova, Banco.az

“Samsung” 2025-ci ildə buraxılacaq innovativ üçqat smartfon üzərində işləyir.

Banco.az xəbər verir ki, bu barədə “Android Headlines” nəşri (AH) məlumat yayıb.

Məlumata görə, cihazın əsas xüsusiyyəti onu rəqiblərindən fərqləndirən içəriyə doğru bükülmə qabiliyyəti olacaq.

Şirkət artıq yarıya qatlanan smartfonun hazırlanmasına başlayıb. Bildirilir ki, cihazın dizaynı bu ayın sonuna qədər hazır olacaq.

“Samsung” təkcə daha incə və zəngin xüsusiyyətlərə malik qatlana bilən telefonlar təqdim edən “Vivo” və “Honor” kimi Çinli rəqiblərinə çatmağı deyil, həm də onları qabaqlamağı hədəfləyir. “Huawei Mate XT” kommersiya bazarında ilk üçqat mobil cihaz oldu və bu, “Samsung”u yeniliklərə sövq etdi”, - deyə AH yazır.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
9
banco.az

1Mənbələr