AZ

Terror qurbanlarının ailələri İranı məhkəməyə verdilər

2023-cü il oktyabrn 7-də HƏMAS-ın və onun müttəfiqlərinin İsrailə terror hücumu nəticəsində həlak olan amerikalıların ailələri İranı məhkəməyə veriblər.

Bu barədə ABŞ mediası məlumat yayıb.

ABŞ mediasının yaydığı məlumata görə, şikayətçilər İranı HƏMAS-a maliyyə və başqa dəstəklər verməklə terror törətməyə sövq etməkdə günahlandırıblar.

"İran hökuməti bu vasitə ilə Holokostdan sonra yəhudilərin ən qanlı qətliamınının baş verməsində iştirak edib",- terror qurbanlarının ailələrinin şikayətnaməsində bildirilib.

Qeyd edək ki, 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə qarşı həyata keçirdiyi terror hücumu nəticəsində 1200 nəfər öldürülüb, 250 nəfər isə girov götürülüb.

Öldürülünlərin əksəriyyəti mülki şəxslərdir.  

visiontv.az



Seçilən
16
1
visiontv.az

2Mənbələr