İsrail Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Qadi Eyzenkotun qardaşı oğlu Qəzza zolağındakı hərbi əməliyyatlarda həlak olub.
Axar.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” qəzeti məlumat yayıb.
Məlumata görə, 22 yaşlı Yoqev Patsi Qəzzanın şimalında baş verən atışmada həlak olub.
O, Eyzenkotun ailəsinin döyüşlər zamanı öldürülən üçüncü üzvü olub. Eyzenkotun 25 yaşlı oğlu və ölkə parlamentinin üzvü olan 19 yaşlı qardaşı oğlu ötən ilin dekabrında Qəzza zolağında həlak olublar.