AZ

Kefi kökəlmək: Dilimizdəki bu ifadə çox güman "un sivilizasiyası"nın tapıntısıdır

Köklük Şərqdə insanın bərəkətə, bərəkət isə tanrıçalara bağlılığını işarə edən bir anlayışdı. Bərəkətin ilahi mənşəyi dişilikdir.

İnsanlar əkinçilikdən sonrakı oturaq həyatda kökəlməyə başladılar. Amma özləri kökəldikcə, kefləri "arıqlayırdı". Bütün günü kökə yeyib kökəlmək özüylə xeyli problem gətirmişdi.

Buna bir əncam çəkmək lazım idi. Yavaş-yavaş Uzaq Şərqdə nəfsi tərbiyə edən "Düyü təlimləri", Yaxın Şərqdə "Buğda dinləri" ortaya çıxdı.

Qədim insanlar mənəviyyatla özlərini arıqladıb, keflərini "kökəltməyə" başladılar.

Çağdaş dünyamızda isə arıqlamağın mənəviyyatla bir elə əlaqəsi yoxdur. Hətta əksər hallarda insanlar qeyri-mənəvi həyat tərzinin şərtlərinə cavab vermək üçün özlərini müxtəlif yollarla arıqladırlar.

Demək istədiyim odur ki, "kefin köklüyü" daha çox mənəvi-psixoloji hazırlığa bağlıdır. Bu elə bir hazırlıqdır ki, müflis olmaq dərdin yoxdur.

Aqşin Yenisey

visiontv.az



Seçilən
11
visiontv.az

1Mənbələr