AZ

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi COP29-da

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) səkkizinci günündə Yaşıl Zonada DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi konsert proqramı və sərgi təqdim edib.
Oxu.Az xəbər verir ki, Mərkəz Yaşıl Zonadakı "Art Pavillion"da konsert proqramı və sərgi nümayiş etdirib. Mərkəzin və "DOST Evi" filialının yaradıcılıq studiyalarında benefisiarlar və təlimçilər tərəfindən təsviri incəsənət, keramika, floristika, bədii oyma, bədii tikmə və digər istiqamətlər üzrə hazırlanan ümumilikdə 50-dən çox əl işi sərgilənib.
Ekspozisiyada həssas əhali qruplarından olan şəxslərin ətraf mühitin mühafizəsinə və təbiəti qorumağın vacibliyi məsələlərinə həsr etdiyi sənət nümunələri də yer alıb. Mərkəzin istedadlı üzvlərinin ifasında musiqi və rəqs nömrələri tamaşaçıların marağına səbəb olub. Konsert proqramında dünya musiqisi, eləcə də Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.
İfalar böyük sevgi və coşqu ilə qarşılanıb, sürəkli alqışlara qərq olunub.
Xanım Aydın
Seçilən
18
oxu.az

1Mənbələr