AZ

Trampın komandası Rusiyaya ATACMS raketləri ilə zərbə endirmək icazəsini şərh etməkdən boyun qaçırıb

Donald Trampın keçid komandasının nümayəndəsi Ağ evin hazırkı rəhbəri Cozef Baydenin Ukraynaya Rusiya ərazisinə zərbələr endirmək üçün uzaqmənzilli Amerika raketlərindən istifadə etməyə icazə verməsi ilə bağlı xəbərləri şərh etməkdən boyun qaçırıb.

AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidentinin kommunikasiyalar üzrə direktoru Stiven Çunq seçkiqabağı kampaniya zamanı Donald Trampın hər iki tərəfi sülh danışıqları aparmağa və müharibəni dayandırmağa razı salacaq yeganə şəxs olduğunu dediyini xatırladıb.

O, Bayden administrasiyasından Trampın və ya onun nümayəndələrinin Ukrayna-Rusiya müharibəsində ciddi nəticələrə səbəb ola biləcək qərarlar barədə əvvəlcədən məlumat verilib-verilmədiyi ilə bağlı sualı cavablandırmayıb.

Stiven Çunq, eyni zamanda, yeni seçilmiş prezidentin hakimiyyət dəyişikliyindən sonra keçmiş administrasiyanın bir sıra qərarlarına yenidən baxa biləcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib: “Bu məsələ ilə bağlı rəsmi açıqlamalar yalnız Donald Tramp və ya onun səlahiyyətli nümayəndələri tərəfindən veriləcək”.

Bir müddət öncə “The New York Times” qəzeti Cozef Baydenin Ukrayna ordusunun Rusiya ərazisinə ATACMS raketləri ilə zərbələr endirməsinə icazə verdiyini yazıb.

Qəzetin məlumatına görə, Ukrayna həmin raketlərlə yalnız Kursk bölgəsinə zərbə endirə biləcək. Lakin Ağ evin hazırkı rəhbəri Rusiyanın digər ərazilərinə hücumlar üçün də ATACMS raketlərindən istifadə etməyə icazə verə bilər.

Seçilən
55
32
herbiand.az

10Mənbələr