Bakı. Trend:
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) COP29 çərçivəsindəAzərbaycanda bərpa olunan enerji sektoruna əhəmiyyətliinvestisiyalar ayırdığını elan edib.
Trend xəbər verir ki, Asiyaİnkişaf Bankı (AİB) və Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB)ilə əməkdaşlıq çərçivəsində AYİB Azərbaycanda iki böyük günəşelektrik stansiyasının tikintisi üçün hər birinə 160 milyon ABŞdolları vəsait ayıracaq.
Ümumi gücü 760 MVt olan bu layihələr "Masdar" və "SOCAR Green"şirkətləri tərəfindən həyata keçirilir. Biləsuvarda 445 MVt vəNeftçalada 315 MVt gücündə günəş elektrik stansiyaları CənubiQafqazda bərpa olunan enerji sahəsində ən iri layihələr olacaq.Tikinti artıq başlayıb və hər iki obyektin 2027-ci ilə qədəristismara verilməsi planlaşdırılır.
Bu investisiyalar Azərbaycanın ümumi elektrik enerjisiistehsalında bərpa olunan enerji mənbələrinin payını 2030-cu iləqədər 30 faizə çatdırmaq məqsədinə nail olmaq yolunda mühüm biraddımdır.
"Biz bu gün Cənubi Qafqaz regionunda ən böyük olan bu günəşelektrik stansiyalarını maliyyələşdirməkdən məmnunuq. Bustansiyalar hər il CO2 emissiyalarını 600 min ton azaltmaqlayanaşı, 300 minə qədər evi "yaşıl" enerji ilə təmin edəcək vəregionun bərpa olunan enerji bazarını dəyişəcək", - AYİB-ninDayanıqlı İnfrastruktur Qrupu üzrə idarəedici direktoru NanditaParşad qeyd edib.
AYİB iqlim tədbirlərinin maliyyələşdirilməsi və dayanıqlıinfrastruktur üçün özəl investisiyaların səfərbər edilməsindəliderdir. 2023-cü ildə Bank 6,5 milyard avrodan çox "yaşıl"maliyyələşdirmə təqdim edib ki, bu da ümumi investisiyaların 50faizini təşkil edib.
Azərbaycanda 30 ildən artıqdır fəaliyyət göstərən AYİB Qafqazdaən böyük institusional investor olaraq 191 layihə çərçivəsindəölkəyə 3,7 milyard avrodan çox sərmayə qoyub. Bu layihələr arasında"Masdar" şirkəti tərəfindən yaxınlarda istifadəyə verilmişAzərbaycanın ilk kommersiya məqsədli günəş elektrik stansiyası davar. Ümumilikdə, AYİB Azərbaycanda bərpa olunan enerji sahəsində1,2 giqavat gücündə obyektlərin tikintisini maliyyələşdirib ki, buda ölkənin təmiz enerjiyə keçidinə verdiyi dəstəyi bir daha təsdiqedir.