AZ

Dehlidə  məktəblər bağlandı, tikintiyə qadağa qoyuldu

Hindistan paytaxtının hakimiyyət orqanları məktəbləri bağlayıb, tikinti işlərini dayandırıb və hava çirkliliyinin səviyyəsi bu mövsüm ən pis həddə çatdığı üçün qeyri-vacib yük maşınlarının Yeni Dehliyə daxil olmasını qadağan edib.

Vətəninfo.az xəbər verir ki, bu barədə “The Associated Press” agentliyi məlumat yayıb.

33 milyon əhalisi olan şəhəri səhər saatlarında zəhərli duman bürüdü, havanın keyfiyyəti təhlükəli hala gəldi. Görünüş o qədər azalıb ki, bəzi aviaşirkətlər uçuşların gecikmələri barədə xəbərdarlıq ediblər.

Yeni Dehlinin bəzi yerlərində havanın çirklənməsinin səviyyəsi Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi təhlükəsiz səviyyədən 50 dəfə yüksək olub. Proqnozlara görə, həftə ərzində pis hava şəraiti qalacaq. 

Seçilən
10
veteninfo.az

1Mənbələr