AZ

“Yaxın günlərdə bunu müzakirə edəcəyik” – Yunis Hüseynov FİF-də qalacaqmı?

Cavid Hüseynov “Turan Tovuz”un məşqçi korpusundan ayrılandan sonra Yunis Hüseynov Kurban Berdıyevin köməkçisi oldu.

Bilindiyi, Yunis bəy həm də Futbolun İnkişaf Fondunun (FİF) Himayəçilər Şurasının sədridi. Bəs onun həm FİF-də çalışması, həm də “Turan Tovuz”da məşqçi olması nə dərəcədə düzgündü? Hüseynovun birinci qurumdan istefası gözlənilirmi? “Football-plus.az” bu sualı Futbolun İnkişaf Fondunun rəhbəri Tural Piriyevə ünvanladı:

“Futbol İnkşaf Fondunun nizamnaməsinə belə halla bağlı hansısa qeyd yoxdu. Yunis müəllim Himayəçilər Şurasının qərarına və ya öz istəyinə əsasən ayrıla bilər. Bundan əvvəl Rüstəm Əfsərli də klubda işləri ilə bağlı Himayəçilər Şurasından ayrılmışdı. Yaxın günlərdə bunu müzakirə edəcəyik”.

ƏSƏD SEYİDOV
Seçilən
9
1
football-plus.az

2Mənbələr