AZ

BMT-nin Baş katibi G20 ölkələrinə COP29-la bağlı çağırış etdi

BMT-nin Baş katibi Antonio Quterreş bazar günü, noyabrın 17-də Rio-de-Janeyroda toplaşan G20 liderlərini istixana qazı emissiyalarının azaldılması məsələsində “liderlik” nümayiş etdirərək Azərbaycanda eyni vaxtda keçirilən iqlim danışıqlarını dəstəkləməyə çağırıb.

Yenicag.az BMT-nin məlumatına istinadla xəbər verir ki, noyabrın 18-dən etibarən dünyanın ən böyük iqtisadiyyatlarının sammitinə qatılan Antonio Quterreş Braziliyada keçirdiyi mətbuat konfransında deyib: “COP29-da uğurlu nəticə hələ də əlçatandır, lakin bu, həm də C20 ölkələrindən liderlik və kompromis tələb edəcək.

BMT-nin Baş katibi Bakıda davam edən danışıqlarda inkişaf etməkdə olan ölkələrə iqlim sərmayələri üçün 1 trilyon dollarlıq razılaşmanın əhəmiyyətini vurğulayıb. O deyib: “G20 ölkələri qlobal emissiyaların 80 faizinə malikdir və məhz onların bu məsələdə örnək olması lazımdır”.

ABŞ Prezidenti Cozef Bayden, öz növbəsində, administrasiyasının bu il ikitərəfli iqlim maliyyəsi üçün 11 milyard dollar ayırdığını bildirib. O, həmçinin iki ay ərzində onun vəzifəsini təhvil alacaq Prezident Donald Trampa istinad edərək, hökumətinin istiqamətləndirdiyi təmiz enerji inqilabının dönməz bir proses olduğunu vurğulayıb.

Braziliyanın ətraf mühit naziri Marina Silva bildirib ki, G20 iştirakçılarının “ev tapşırığını yerinə yetirməsi və Bakıda keçirilən COP29 danışıqlarının irəliləməsinə dəstək verməsi fundamental məsələdir”.

Seçilən
42
13
yenicag.az

10Mənbələr