AZ

“Ukrayna ABŞ raketlərilə yalnız Kursku vura bilər” - Ağ Ev məhdudiyyət qoyub

Xəbər verildiyi kimi, Qərb mətbuatının yazdığına görə, Co Bayden Ukraynaya ABŞ raketləri ilə Rusiya ərazilərini vurmağa icazə verib. Ukrayna az qala bir ilə yaxın idi ki, Ağ Evdən bu icazəni istəsə də buna nail ola bilmirdi.

“AzPolitika” xəbər verir ki, “Axios” nəşrinin yazdığına görə, Ağ Evin Ukraynaya Amerikanın uzaqmənzilli raketlərini Rusiya ərazisinə atmasına icazə vermək qərarı yalnız Rusiya Federasiyasının Kursk vilayətinə aiddir və bu, Şimali Koreya hərbçilərinin müharibəyə cəlb olunmasına reaksiya kimi nəzərdə tutulub.

Axios”-un Bayden administrasiyasındakı mənbəyi iddia edir ki, Ukraynaya yalnız KXDR hərbçilərinin Rusiya Federasiyası tərəfində döyüş əməliyyatlarında iştirak etməyə başladığı Kursk vilayətinin ərazisində “ATACMS”-dan istifadə etməyə icazə verilib. İddialara görə, Kiyev bu qərarla bağlı üç gün əvvəl məlumatlandırılıb.

Nəşrin həmsöhbəti izah edib ki, bu qərar Şimali Koreyanı Ukraynaya qarşı müharibədə Rusiyaya kömək etmək üçün əlavə qüvvələr göndərməkdən çəkindirmək məqsədi daşıyır.

Ağ Ev ümid edir ki, Şimali Koreyanın Rusiyadakı qüvvələri ciddi zərbəyə məruz qalarsa, Pxenyan Rusiya Federasiyasına canlı qüvvə ilə əlavə dəstək vermək qərarına yenidən baxa bilər. Həmçinin bu, Kursk bölgəsindən Ukrayna qüvvələrini sıxışdırmaq üçün Rusiyanın əks-hücumuna mənfi təsir göstərəcək.

“AzPolitika.info”

Seçilən
16
50
azpolitika.info

10Mənbələr