AZ

Paytaxtda hava o qədər pisləşib ki: Qadağalar başlayıb

Hindistanın paytaxtı Yeni Dehlidə havanın keyfiyyəti “son dərəcə şiddətli” kateqoriyanın yuxarı həddini keçərək son vaxtlar qeydə alınan ən pis səviyyəyə çatıb.

"Cebheinfo.az" xəbər verir ki, Hindistanın NDTV kanalının xəbərinə görə, Hava Keyfiyyəti İndeksi (AQI) Yeni Dehlidə milyonlarla insanın sağlamlığını təhdid edən hava çirkliliyinin səviyyəsinin 481göstərib. Məlumata görə, havanın çirklənməsi nəticəsində yaranan zəhərli tüstü və duman “şiddətli” kateqoriyanın yuxarı həddi- 450 AQI-dən çox olub. Şəhərdə görmə məsafəsini 150 metrə qədər azaltdığından, bu, regionda uçuşlara və qatarların hərəkətinə mənfi təsir göstərib.  

Səlahiyyətlilər hava çirkliliyinin təsirlərini azaltmaq üçün daha sərt tədbirlər gördüklərini açıqlayıblar. Təmiz enerji yanacağı istifadə etməyən bütün yük maşınları və oxşar nəqliyyat vasitələrinin Yeni Dehliyə girişi qadağan edilib.

Uşaqlara, yaşlılara və tənəffüs, ürək-damar və serebrovaskulyar kimi xroniki xəstəlikləri olan insanlara qapalı ərazilərdə qalmaları tövsiyə olunub. Həmçinin məktəblərdə 10 və 12-ci siniflər istisna olmaqla, bütün şagirdlər üçün əyani təhsil dayandırılıb.

Hindistanda havanın çirklənməsi ilə bağlı 4 kateqoriyaya bölünən “Graded Fəaliyyət Planı” (GRAP) həyata keçirilir: “çox aşağı”, “aşağı”, “şiddətli” və “son dərəcə şiddətli”. Hava keyfiyyətinin "son dərəcə şiddətli" kateqoriyasına yüksəlməsi ilə Hindistanda GRAP çərçivəsində fövqəladə hallar istisna olmaqla, kömür, odun və dizel generatorlarının istifadəsini əhatə edən fəaliyyətlər qadağan edilib.

Yeni Dehlidəki insanlar da şəhərdə hərəkətliliyi və nəqliyyat vasitələrinin tullantılarını mümkün qədər azaltmaq üçün ictimai nəqliyyatdan istifadə etməyə çağırıldı. Hər il şənliklərdə atəşfəşanlıq, maye qazı kimi məhsulların satışı qadağan edilsə də, onların başqa şəhərlərdən tədarükünün qarşısı alına bilmir.

Nigar Hacılı

"Cebheinfo.az"

Seçilən
11
1
cebheinfo.az

2Mənbələr