İdarə rəisi: Şəhərin inkişafı üçün yeni təşəbbüslər və investorlar üçün stimullar planlaşdırılır
“Şəhərin inkişafı ilə bağlı yeni təşəbbüslər barədə müzakirələr beynəlxalq təşkilatlar və tərəfdaşlarla davam etdirilir”. 1news.az xəbər verir ki, bunu COP29-da İnkluziv və yaşıl şəhər inkişafı üçün şəhər və ərazi planlaşdırması tədbirində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riyad Qasımov deyib. O, bildirib ki, investisiya cəlbini artırmaq məqsədilə bir sıra stimullar üzərində işləyirik və bu çərçivədə həm ictimai, həm də özəl sektorun iştirakı üçün əlverişli şərtlər təmin etmək niyyətindəyik “Bundan əlavə, biznes üçün həqiqətən maraqlı stimullar təqdim etmək niyyətindəyik. Eyni zamanda, regional tikinti koduna müəyyən dəyişikliklər paketi təqdim etmək məqsədindəyik və hazırda bu məsələ hökumət səviyyəsində müzakirə olunur. Şübhəsiz ki, sizin də qeyd etdiyiniz kimi, şəhərin bu cür transformasiyası çox vaxt tələb edir və bu tamamilə normaldır”. Foto: Nadir İbrahimli