AZ

Taliban 27 layihənin icrasına başladı

Yazını böyüt
Yazını kiçilt

Əfqanıstanda Taliban hökumətinin Milli Satınalmalar Komissiyası 5 milyard əfqani (təxminən 73 milyon dollar) dəyərində 27 infrastruktur layihəsini təsdiqləyib.

Hafta.az-ın yazdığına görə, bu layihələrə paytaxt Kabildə və bir sıra əyalətlərdə bənd, yaşayış mənzilləri, yollar və elektrik avadanlıqlarının tikintisi daxildir.

Yuxarıdakı layihələr yüz minlərlə insanı işlə təmin edə bilər.

Əfqanıstan hökuməti iqtisadi problemlərin həlli və yeni iş yerləri yaratmaq üçün müharibədən əziyyət çəkən ölkədə daha çox yerli maliyyələşdirilən inkişaf və infrastruktur layihələri həyata keçirməyi planlaşdırır.

Seçilən
3
hafta.az

1Mənbələr