1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
2024-cü ilin yanvar-oktyabr ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 8 108 cinayət faktı aşkarlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məlumatında deyilib.
Onlardan 2 577-si narkotik vasitələrin qanunsuz satışı, 5 299-u narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 226-sı narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 6-sı isə digər cinayətlərlə bağlı olub.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 6 ton 61 kq 819.096 qr narkotik vasitələrin və psixotrop maddələrin 512 kq 164.959 qr-nı heroin, 5 ton 8 kq 382.751 qr-nı marixuana, 154 kq 257.47 qr-nı tiryək, 38 kq 852.443 qr-nı həşiş, 191 kq 744.959 qr-nı psixotrop maddələr, 156 kq 416.514 qr-nı digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 37 317 ədəd metadon, 15 272 ədəd çətənə kolu, 44 qr və 240 ədəd həb güclü təsir edən maddə, 10 qr prekursor qanunsuz dövriyyədən götürülüb.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 6 247 nəfər cəlb edilmiş, onlardan 16-18 yaşadək bir nəfər, 18-25 yaşadək 463 nəfər, 20-25 yaşadək iki nəfər, 26-29 yaşadək 946 nəfər, 30 yaş və ondan yuxarı isə 4 835 nəfər təşkil edib. Həmin şəxslərdən 6 066-ı kişi, 181-i qadın olub.
Məsuliyyətə cəlb edilmiş 56 xarici ölkə vətəndaşından ümumilikdə 201 kq 615.722 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.