AZ

Qarabağa gedən avtobuslarda qiymətlər münasibdir? - AÇIQLAMA

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində işğaldan azad olunmuş ərazilərə yeni avtobus marşrutlarını müsabiqəyə çıxarır. 

Maraqlıdır, Bakıdan işğaldan azad olunmuş ərazilərə hansı avtobuslar işləyir və biletlərin qiyməti neçəyədir? 

Mövzu ilə bağlı "Cebheinfo.az”a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tələbata və hazır olan yol infrastrukturuna uyğun olaraq Bakı-Şuşa, Bakı-Ağdam, Bərdə-Ağdam, Əhmədbəyli (Füzuli)-Şuşa, Bakı-Xocalı-Xankəndi-Şuşa, Bərdə-Xankəndi, Tərtər şəhəri-Talış kəndi, Horadiz (Füzuli)-Ağalı (Zəngilan) istiqamətlərdə avtobus marşrutları fəaliyyət göstərir:

“İşğaldan azad olunmuş ərazilərə səfər etmək üçün Azərbaycan vətəndaşı biletləri “yolumuzqarabaga.az” və “biletim.az” portalları üzərindən əldə edə bilər. İşğaldan azad olunmuş digər ərazilərdə təhlillər aparılır. Qeyd edək ki, noyabrın 16-da Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Gəncə-Xankəndi-Şuşa, Ağcabədi-Xankəndi-Laçın, Bakı-Cəbrayıl, Bakı-Zəngilan, Bakı-Qubadlı, Mingəçevir-Xankəndi-Laçın, Horadiz-Laçın, Xocalı-Xankəndi-Şuşa, Naftalan-Suqovuşan şəhərlərarası, eləcə də Xankəndi 1 və 2 nömrəli şəhərdaxili avtobus marşrutlarını müsabiqəyə çıxarıb.

Müsabiqədə iştirak etmək üçün iddiaçılar tələb olunan sənədləri AYNA-ya təqdim edirlər. İddiaçıların təklifləri komissiya tərəfindən müsabiqə keçirilən zaman açıqlanır. 

İddiaçılar və onların müvafiq qaydada rəsmiləşdirilmiş sənədlə müvəkkil etdikləri səlahiyyətli nümayəndələri komissiyanın iclasında iştirak edə bilirlər. Zərurət olduqda müsabiqədə ekspertlərin iştirakı təmin olunur. Müsabiqənin foto və video çəkilişi aparılır və arxivləşdirilir. Mediada müsabiqənin elan edilməsi və nəticələri barədə məlumat paylaşılacaq”. 

 

Düşünürəm ki, məsafəyə görə qiymətləri münasibdir. Misal üçün, Bakıdan Xankəndinə onlayn biletin qiyməti təxminən 14 manat civarında olmalıdır. Şuşaya, Xankəndinə və Laçına bu reyslər var. Reyslər Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həyata keçirilir”. 

Seçilən
32
1
cebheinfo.az

2Mənbələr