AZ

Azərbaycanda strateji valyuta ehtiyatları 1,6 dəfə artıb - Nazir müavini

Azərbaycanın maliyyə təhlükəsizliyi yastığı olan strateji valyuta ehtiyatları 2019-cu ilin əvvəlindən 2024-cü ilin 1 noyabr tarixinə qədər 1,6 dəfə artaraq, 73 milyard dollara çatıb.

Fins.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli bildirib.

Nazir müavini qeyd edib ki, son illərdə iqtisadiyyatın şəffaflığı da əhəmiyyətli dərəcədə artıb:

"Belə ki, 2019-cu ilin əvvəlindən bu günə qədər əmək müqavilələrinin sayı ümumilikdə 470 minə yaxın artıb, o cümlədən qeyri-neft sektorunda və özəl sektorda 446 minədək artım müşahidə olunub. Bu, əmək bazarının şəffaflaşmasının göstəricisidir".

Fuad Mədətov
Fins.az

Seçilən
36
fins.az

1Mənbələr