AZ

“Azərbaycanın konfransı yüksək səviyyədə təşkil etməsi bizi sevindirir” - Türkiyəli nazir

“Bu dünya hər birimizindir. Dünyanı gələcək nəsillərə sağlam şəkildə miras qoya bilmək üçün hər birimizin üzərinə məsuliyyət düşür”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekin deyib.

Y.Tekin bildirib ki, hazırda yaşadığımız dünyada uşaqlarımız və nəvələrimizin də haqqı var: “COP29 da məhz bu mövzulara diqqət çəkməyi hədəfləyib. Konfrans çərçivəsində dünyada sülhü, azadlığı və təbiətdən istifadə mövzusundakı problemlərə birlikdə həll tapa bilərik”.

Nazir bildirib ki, Azərbaycan Elm və Təhsil naziri Emin Əmrullayevin dəvəti ilə Bakıda səfərdədir: “COP29 çərçivəsində bir sıra görüşlərimiz baş tutacaq, indi isə COP29-dakı Türkiyənin “Sıfır Tullantı” mövzusunda hazırlanan stendini ziyarət etdik. Bu qədər böyük bir tədbirin qardaş ölkə Azərbaycanda həyata keçirilməsi və Azərbaycanın bu konfransı yüksək səviyyədə təşkil etməsi bizi sevindirir”- deyə, o bildirib.

Müəllif: Səbinə Hüseynli
Seçilən
50
1
sia.az

2Mənbələr