AZ

Pensiya və minimum əməkhaqqı bu səbəbdən ARTIRILIR

Gələn il Azərbaycanda minimum əməkhaqqı artacaq. Minimum əməkhaqqının 400 manat olacağı gözlənilir. Habelə minimum pensiya məbləğinin 280 manat olacağı nəzərdə tutulur.

Baş verəcək bu dəyişiklikləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə şərh edən iqtisadçı-analitik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın sədri Elşad Məmmədov bildirdi ki, qabaqlayıcı şəkildə ölkədə əməkhaqqı fondunun artırılmasına olan ehtiyac son illər ərzində xeyli dərəcədə qarşılanır və dövlətin sosial yönümlü siyasətinin həyata keçirilməsi bir çox iqtisadi və sosial problemlərdən cəmiyyətimizi qorumuş olur.

"Belə ki, minimum əməkhaqqı artımı və həmin istiqamətdə qəbul edilmiş qərarların, bütövlükdə əməkhaqqı fondunun artırılmasına təkan verməsi ölkədə əhalinin geniş kateqoriyalarının sosial müdafiəsinə imkan verir. Eyni zamanda, bunun daxili bazarın stimullaşdırılması nöqteyi nəzərdən böyük effekti var. Çünki bu, həm də istehsalın stimullaşdırılmasıdır. Daxili bazarda alıcılıq qabiliyyətinin qorunmasıdır. Ona görə də mən hesab edirəm ki, bu siyasət ardıcıl şəkildə davam etdirilməlidir. Pensiyaların, əməkhaqlarının artımı, müavinətlərin artımı, təqaüdlər istiqamətindəki müsbət dəyişikliklər və əhalinin sosial müdafiəsi ilə bağlı effektiv yanaşmalar həm sosial, həm iqtisadi nöqteyi nəzərdən ölkəmizin rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə xidmət edir.

E.Məmmədov vurğuladı ki, qu qərarların qəbul edilməsində sözsüz ki, son illər ərzində sosial müdafiə sistemində şəffaflığın təmin olunmasını xüsusilə qeyd etmək lazımdır. Çünki bu şəffaflıq nəticəsində əldə olunan əlavə resurslar ölkə prezidentinin ciddi siyasi iradəsinə əsasən əhalinin geniş kateqoriyalarının sosial müdafiəsinə yönəlib ki, biz də bunun müsbət nəticələrinin şahidi oluruq.

Mehman Mirzəzadə

Seçilən
8
operativmm.az

1Mənbələr