AZ

Aİ-nin emissiya ticarəti sistemində 31 dekabr 2039-cu ildən etibarən pulsuz kvotalar olmayacaq

Bakı. Trend:

2050-ci il üçün hədəf iqlim qanununda əks olunub və Avropaİttifaqının emissiya ticarəti sistemi çərçivəsində 31 dekabr2039-cu ildən etibarən pulsuz kvotalar olmayacaq.

Trend xəbər verir ki, bubarədə “Cefic”in (Avropa Kimya Sənayesi Şurası) baş direktoru MarkoMensink COP29 çərçivəsində "Sənaye və energetikanın qlobaldekarbonizasiyasının sürətləndirilməsi – iqtisadiyyatınmodernləşdirilməsi və inkişaf proqramı" mövzusunda panel müzakirəzamanı bildirib.

"Bu ilin 20 fevral tarixində beş sektor Avropa İttifaqına YaşılKursda bir hissənin çatışmadığını bildirdi. Konkret olaraq,sənayenin bu məqsədləri necə reallaşdıracağı ilə bağlı hissə. Bizimüçün dekarbonizasiya sahəsində əsas məqam bərpa olunan elektrikenerjisindən maksimum istifadədir. Bu məsələdə biz razıyıq.

Amma ikinci məsələ – infrastruktur, yəni elektrik enerjisininmüəssisələrə çatdırılması üçün lazım olan şəbəkədir. Əgər praktikməsələlərdən danışırıqsa, bizə elektrik enerjisi və infrastrukturlabağlı dəstək lazımdır. Və daha bir məqam: ucuz elektrik enerjisiolmadan hidrogen olmayacaq, çünki hidrogen çox bahalı olacaq vədekarbonizasiya üçün istifadə edilə bilməyəcək. Əvvəlcə elektrikenerjisi lazımdır, sonra isə hidrogen", — deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
28
az.trend.az

1Mənbələr