1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"GiveMeSport" nəşri futbol tarixinin ən yaxşı milli komandalarının siyahısını dərc edib.
Oxu.Az xəbər verir ki, 2008-2012-ci illər aralığında iki dəfə Avropa və bir dəfə dünya çempionu olan İspaniya yığması ilk pillədə qərarlaşıb.
1994-2002-ci illərdə iki dünya çempionluğuna və eyni sayda Amerika Kubokuna sahib çıxan Braziliya seçməsi ikinci olub.
1950-1956-cı illər ərzində Ferents Puşkaşın da heyətində yer aldığı Macarıstan komandası (1954-cü ildə dünya ikincisi) üçlüyü qapayıb.