AZ

Marketin adını “Zəfər” qoyub, su soyuducularına səkidə “düzülüş” verən sahibkar - FOTO

Paytaxtda sahibkarların qanunazidd əməlləri o qədər çoxdur ki, vətəndaşlar bu gün artıq bu hərəkətlərin qaydalara uyğun olduğunu düşünür.

Avtosfer.az xəbər verir ki, Bakının Nəsimi rayonunda sahibkarın özbaşınalığı ərazidən istifadə edən vətəndaşların narazılığına səbəb olub.

Belə ki, rayonun 3-cü mikrorayon, Hüseynbala Əlıiyev küçəsində yerləşən “Zəfər” adlı market səkini su soyuducularının podiumuna çevirib. Obyektin küçədə yaratdığı vəziyyətin fotoları sosial şəbəkələrdə gündəm mövzusuna çevrilib. Fotoya rəy bildirən şəbəkə sitifadəçiləri deyir ki, şəhərin əksər parklarında, küçə və prospektlərində marketlərin, ticarət köşlərinin – “Kiosk”ların soyuducularla belə səki zəbtlərini görmək mümkündür. Əsasən dayanacaqlara yaxın ərazilərə yerləşdirilən belə obyektlər soyuducuları səkiyə elə düzür ki, dayanacağa yaxınlaşmaq üçün vətəndaşlar məcbur qalıb avtomobil yolu ilə irəliləməli olurlar. Bu cür vəziyyət “Memar Əcəmi” metro stansiyası həndəvərində daha çox yayılıb.

Rəylərdə bildirilir ki, Hüseynbala Əliyev küçəsindəki “Zəfər” market isə öz loqosuna ölkə başçısının “dəmir yumruq” işarəsini əlavə dərrək vergidən yayınmağa da çalışır.

Vətəndaşlar aidiyyəti qurumların belə qanunsuzluqların qarşısını tezliklə alınmasını xahiş edir.

Səfər

Seçilən
11
avtosfer.az

1Mənbələr