AZ

Neymar türk klubuna transfer ola bilər

Səudiyyə Ərəbistanı macərasını zədələrlə keçirən braziliyalı futbolçu Neymarı türk klubuna transfer ola bilər. Metbuat.az xəbər verir ki, "Palmeyras"ın prezidenti Leyla Pereyra Braziliyada futbol oynamaq istəyən Neymarın transferinə veto qoyub. Braziliya mətbuatında dərc edilən xəbərlərdə buna görə də, Neymarın Türkiyəyə gedə biləcəyi qeyd edilib. Lakin onun Türkiyədə hansı klubda oynaya biləcəyi qeyd edilməyib. Bildirilir ki, Neymar əsas heyətdə oynamaq istədiyi kluba transfer olmaq istəyir. Məlumata görə, Neymar məvacibə önəm vermir. Futbolçunun Avropada futbol oynamaq istədiyi deyilir.

Qeyd edək ki, bundan əvvəl Neymarın Braziliyada futbol oynamaq istədiyi və bu barədə razılığın əldə edildiyinə dair xəbərlər dərc edilmişdi.

Seçilən
17
metbuat.az

1Mənbələr