AZ

Azərbaycan iqlim dəyişikliyinin həssas qruplara təsirini azaltmaq üçün çox böyük işlər görür - Sahil Babayev

Bakı, TurkicWorld

Azərbaycan iqlim dəyişikliyinin həssas qruplara, qadınlara, gənclərə, əlillərə təsirini azaltmaq üçün çox böyük işlər görür.

TurkicWorld xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, biz müxtəlif ölkələrin və aidiyyəti nazirlərin, eləcə də beynəlxalq təşkilatların təcrübəsini qiymətləndirmişik, bacarıqları necə inkişaf etdirəcəyimizə və iqlim dəyişikliyi ilə bağlı yaranacaq zərurətin necə azaldılmasına dair fikirlər təqdim etmişik.

"Azərbaycanda müvafiq peşə hazırlığı və təhsil sistemlərinin inkişafına diqqət yetirilir. İqlim dəyişikliyi hamıya təsir edir. İqlim dəyişikliyi əsaslı şəkildə əmək bazarına təsir edəcək, yeni iş yerləri, yeni imkanlar, yaşıl iş yerləri yaranacaq və təbii ki, biz əmək resurslarımızı bu dəyişikliklərə hazırlamalıyıq.

Biz yaşıl iqtisadiyyatda bacarıq və səriştələri dərinləşdirməliyik, təlim mexanizmləri şəbəkəmizi dərinləşdirib təkmilləşdirməliyik və bu səylərə daha çox özəl və dövlət qurumlarını cəlb etməliyik",- deyə o bildirib.

Seçilən
11
2
turkic.world

3Mənbələr