Venesuela yığmasına qarşı matç Braziliya millisinin futbolçusu Rafinya üçün yadda qalan olub.

Offsideplus.az xəbər verir ki, Braziliya millisi 2026-cı il dünya çempionatının CONMEBOL bölgəsi seçmə mərhələsinin 11-ci turu çərçivəsində səfərdə, Venesuela yığması ilə gözlənilməz şəkildə bərabərlik edib 1:1.

Rafinya bu maçtda cərimə zərbəsindən birşaba zərbə ilə qol vurub. O, bununla da son 19 ildə Braziliya yığmasının heyətində dünya çempionatının seçmə mərhələsində birbaşa cərimə zərbəsindən qol vurmuş ilk oyunçu ünvanına sahib olub. Sonuncu dəfə müvafiq qolu 2005-ci ilin oktyabrında Braziliya futbolunu əfsanəvi oyunçusu Roberto Karlos vurub.