AZ

Əhalinin içki və tütünə çəkdiyi xərc 2 mlrd. manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanın pərakəndə ticarət şəbəkəsində bu ilin yanvar-oktyabr aylarında istehlakçılar tərəfindən içkilər və tütün məmulatlarına 2 milyard 72 milyon manat xərclənib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 0,2% çoxdur. 

Əlavə edək ki, bu ilin 10 ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 4,3%-i içkilər və tütün məmulatlarının alınmasına sərf olunub.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
7
banco.az

1Mənbələr