Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanın pərakəndə ticarət şəbəkəsində bu ilin yanvar-oktyabr aylarında istehlakçılar tərəfindən içkilər və tütün məmulatlarına 2 milyard 72 milyon manat xərclənib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 0,2% çoxdur.
Əlavə edək ki, bu ilin 10 ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 4,3%-i içkilər və tütün məmulatlarının alınmasına sərf olunub.