AZ

Robert Kennedinin ilk işi ABŞ-də dərman siyasəti olacaq

Donald Tramp Robert Kennediyə ABŞ-nin Səhiyyə naziri vəzifəsini həvalə edib. Kennedi isə qarşısında bir çox vəzifələrin qoyulduğunu, həmçinin bəzi xəstəliklərlə mübarizə aparacağını bildirib.  Birləşmiş Ştatların səhiyyəsinə cavabdeh olan birinci şəxs 21-cü əsrin bəlasına cevrilən diabet və piylənmə kimi yüksək xroniki xəstəliklərlə mübarizə aparacağını vəd edib.

KONKRET.az  CNN-ə istinadən xəbər verir ki, Kennedi bəzi dərmanları ABŞ-də qadağan edəcəyini bildirib. Bunlardan biri də “Ozempic” pereparatıdır. Kennedi bildirib ki, bu dərmanı amerikalılara satmaqla insanları asılı vəziyyətə salırlar.

O, “Ozenpiç”in  narkotik kimi asılılıq yaratdığını bildirib.  Kennedi iddia edir ki, “Ozempic”i istehsal edən “Novo Nordisk” dərman şirkəti bunu vətəni Danimarkada satışa çıxarmır:

“Danimarkada “Ozümpic”i diabet və ya piylənmə üçün istifadə etmirlər. Danimarkada “Ozempic”dən daha çox ucuz dərmanlar istifadə edilir”. ABŞ-nin gələcək səhiyyə naziri bildirib ki, Danimarka Birləşmiş Ştatlara  arıqlamaq üçün  daha bir dərman – “Wegovy” pereparatını da satır:

“Bu dərmanların qiymətləri bizim ölkədə çox bahadır və hazırda bununla bağlı müzakirələr gedir”.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
24
konkret.az

1Mənbələr