AZ

ATACMS-la hücuma Kremlin cavabı: “Topol-M” nüvə zərbəsi?

Moskva Ukrayna qüvvələrinin arxa cəbhəsini, dövlət və hərbi nəzarət sistemini sıradan çıxarmaq məqsədilə Ukraynanın bütün enerji infrastruktur obyektlərinə kütləvi birləşmiş raket zərbəsi endirə bilər.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq İqor Korotçenko Ukrayna qüvvələrinin Rusiyanın dərinliklərindəki hədəflərə ATACMS raketlərindən istifadə edərək zərbələr endirəcəyi təqdirdə Moskvanın mümkün cavab tədbirlərini şərh edərkən deyib.

“Bundan əlavə, Rusiya Kiyevdəki qərar qəbuletmə mərkəzlərinə raket hücumu həyata keçirə bilər. Böyük Britaniya və Fransa sahillərinə bitişik sularda, Şimal dənizinin su səthində “Topol-M”/“Bulava”dan istifadə edərək tək nüvə zərbəsi barədə xəbərdarlıq da ola bilər”, - o bildirib.

Seçilən
10
1
axar.az

2Mənbələr