AZ

İrandan Azərbaycana qarşı həyasız iddia

İran prezidenti COP29-da şəxsən iştirak etməli idi, lakin sionist rejimin rəsmisinin iştirakı səbəbindən sammitə gəlmədi.

Axar.az “Nyus.am”a istinadla xəbər verir ki, bu iddianı İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Fədahüseyn Maliki səsləndirib.

O qeyd edib ki, Azərbaycan Tehran Konvensiyası əsasında Xəzər dənizinin mühafizəsi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib:

“Ən mühüm maneə İsraili enerji ilə təmin etmək məqsədilə Azərbaycanda ingilis-sionist şirkətlərin olmasıdır ki, bu da mehriban qonşuluq siyasəti və Tehran Konvensiyasının ruhuna ziddir.

Biz gözləyirik ki, Xarici İşlər Nazirliyi, Ətraf Mühit Agentliyi və Energetika Nazirliyi Azərbaycanın qanun pozuntuları ilə bağlı parlamentə geniş hesabat təqdim edəcək. Biz buna daha ciddi nəzarət edəcəyik”.

Zəruri olaraq qeyd edək ki, Pezeşkianın COP29-un Liderlər Sammitində iştirak etməməsinin səbəbi kimi İsrail rəsmilərinin bu tədbirə qatılmasının göstərilməsi haqda iddialar tamamilə yalan və riyakarlıqdır. Çünki İsrail Prezidentinin Ofisi İshaq Hersoqun Azərbaycana “COP29 tədbirlərinin ikinci həftəsində gedəcəyi” haqda rəsmi açıqlama yaymışdı (Türkiyə hava məkanını açmadığı üçün bu səfər də ləğv edildi). Yəni İsrail nümayəndələrinin Liderlər Sammitində iştirak etməyəcəyi əvvəlcədən bəlli idi. İran Prezidenti Pezeşkianın isə Liderlər Sammitində iştirak edəcəyi rəsmən təsdiqlənmişdi. Ancaq Pezeşkian heç bir rəsmi açıqlama vermədən səfərini ləğv etdi.

Digər tərəfdən, İran ekologiyaya ziyan vurmaq baxımından Azərbaycanı ittiham edə biləcək ən son ölkədir. İslam Respublikası bu vaxta qədər COP konfranslarında heç vaxt yüksək səviyyədə iştirak etməyib, üzərinə heç bir öhdəlik götürməyib, iqlim dəyişikliyinə qarşı mübarizə məqsədilə bu vaxta qədər bir qəpik də vəsait xərcləməyib.

Azərbaycan Xəzərdən nefti ən son texnologiya ilə çıxarırsa, İran köhnəlmiş avadanlıqlardan istifadə edir, çünki sanksiya səbəbindən yeni texnologiyalara İranın çıxışı yoxdur. İran hansı üzlə Azərbaycanın Xəzərdən çıxartdığı neftə görə dənizi çirkləndirdiyini iddia edə bilər?

O ki qaldı “İsraili enerji ilə təmin etmək məqsədilə” Xəzərdən neft çıxarılmasına, bu da Azərbaycana qarşı İranın həyasız şəridir. Azərbaycan neft ixrac edən ölkədir və pulunu ödəyənə neftini satır. İran isə onillərdir Azərbaycanın düşməninə neft, qaz, silah satmır, bir çox halda pulsuz, yardım kimi göndərir. Azərbaycanın öz neftini dünya bazarına çıxarması “qonşuluq prinsipinə” ziddmiş, ancaq İranın qonşuluqdakı xristian düşmənə Azərbaycana qarşı bütün vasitələrlə pulsuz silah, sursat, raket, neft bağışlaması “şiə qardaşlığı” imiş?

Seçilən
43
7
hurriyyet.az

10Mənbələr