Azərbaycan millisinin veteran forvardı Branimir Subaşiç Sportal.az saytına açıqlama verib. O, millinin hazırkı durumunu şərh edib:
"Təbii ki, üzücü vəziyyətdir. Halbuki millidən yaxşı nəticələr gözləyirdik. Amma olmadı. Hələ heç nə bitməyib. İsveçlə görüş qalıb. Azərbaycan millisində keyfiyyətin yüksələcəyini düşünürdüm. Amma heç nə baş vermir. Səbəb nədir, niyə belədir, anlamıram. Bircə onu bilirəm ki, gənclərdən ibarət yeni heyət qurmaq lazımdır. Çünki belə heç nə alınmır. Görünür ki, futbolçular oyuna böyük motivasiya ilə hazırlaşır. Hazırlıqları izləyirəm, oxuyuram yazılanları. Bilirsiz, milli elədir ki, onsuz da hər oyunda maksimum motivasiya ilə olmaq lazımdır. Başqa cür mümkün deyil və olmur da. Amma nə baş verir, anlamıram. Sadəcə olaraq, inanmaq istəyirəm ki, sabah yaxşı nəticə olacaq".
Subaşiç yığma komandamızın baş məşqçisi Fernandu Santuşun işi haqda da fikirlərini bildirib: "Fernandu Santuş böyük məşqçidir, yüksək nəticələri var. Sadəcə enerji o deyil. Santuşa böyük hörmətlə yanaşıram. O, Portuqaliya ilə Avropa çempionu olub, böyük klublarda da çalışıb. Sadəcə bizim milliyə enerjili, gənc və nəticə istəyən, bunun üçün alışıb-yanan biri lazımdır. Sadəcə indi baş məşqçini dəyişərlər, ya yox, bilmirəm. Çətin ki, indi bunu etsinlər. Gözləyək, görək də necə olur. Azərbaycanda futbol üçün şərait və vəsait var. Bəlkə də hər şey üçün zaman lazımdır. Amma zaman da yoxdur".
saytlarin hazirlanmasi