AZ

Azərbaycanda Enerji Səmərəliliyi üzrə Yol Xəritəsi təqdim edilib (FOTO)

Bakı. Trend:

COP29 çərçivəsində Beynəlxalq Enerji Agentliyi (İEA) ilə birgətəşkil edilmiş tədbirdə Azərbaycanda Enerji Səmərəliliyi Siyasətiüzrə Yol Xəritəsinin təqdimatı olub.

Trend xəbərverir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbirdə çıxış edən energetika nazirinin müaviniOrxan Zeynalov Azərbaycanın iqlim dəyişikliyinə qarşı mübarizədəbeynəlxalq səyləri dəstəklədiyini, istixana qazı emissiyalarınıazaltmağı öhdəsinə götürdüyünü, hazırda yaşıl iqtisadiyyata keçidisürətləndirmək, bərpa olunan enerji mənbələrinin payını artırmaq vəenerji səmərəliliyini təmin etmək üçün ciddi addımlar atıldığınıbildirib. Enerji səmərəliliyinin ölkənin enerji keçidi siyasətininvə strateji sənədlərinin əsas komponentlərindən biri olduğu, buistiqamətdə hüquqi və tənzimləyici çərçivənin formalaşdırıldığıqeyd edilib.

Avropa İttifaqının EU4Energy proqramı çərçivəsində hazırlanmışvə ümumilikdə ölkədə olan enerji səmərəliliyi siyasəti ilə bağlımövcud vəziyyəti əks etdirən Yol Xəritəsinə əsasən Azərbaycandaçoxmənzilli yaşayış binalarında 50%-ə qədər enerji səmərəliliyipotensialı mövcuddur. Bu potensialın reallaşdırılması nəticəsindəillik 4.2 milyard kubmetrədək qaza qənaət edilə, 10 milyon tonadəkkarbon emissiyası azaldıla və 125 min yeni iş yeri yaradılabilər.

Tədbir enerji səmərəliliyi üzrə gələcək prioritetlər, qarşıdaduran çağırışlar və həll yolları, beynəlxalq təcrübənin öyrənilməsikimi mövzular üzrə panel müzakirələri ilə davam edib.

Azərbaycanda
Azərbaycanda
Azərbaycanda
Məqalədə:
Seçilən
18
16
az.trend.az

10Mənbələr