AZ

Nazir: "Yaşıl bacarıqlar"ın inkişafı Azərbaycanın əsas hədəfidir

"Azərbaycanın əsas hədəfi "yaşıl bacarıqlar" dediyimiz anlayışın inkişafından ibarətdir".

APA xəbər verir ki, bunu COP29 ilə bağlı keçirilən mətbuat konfransında çıxış edən Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O vurğulayıb ki, "yaşıl iqtisadiyyat" mərhələsinə keçidin təminatı üçün insan kapitalına yaradıcı yanaşma mühüm önəm kəsb edir:

"Bu keçid prosesi insanların həm sosial, həm də əmək hüquqlarının qorunması özündə ehtiva edən ədalətli və fərdiləşdirilmiş mühitdə həyata keçirilməlidir".

Nazirin sözlərinə görə, Azərbaycanda insan resursları əmək bazarındakı dəyişikliklərə uyğun inkişaf etdirilməsi son dərəcə önəmlidir.

Seçilən
33
apa.az

1Mənbələr