AZ

Harris son 20 ildə demokratlar arasında ən aşağı nəticəni göstərib


ABŞ-nin vitse-prezidenti Kamala Harris prezident seçkilərində son 20 ildə demokratlar arasında ən aşağı nəticəni göstərən namizəd olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Məlumata görə, böyük maliyyə üstünlüyünə baxmayaraq, Harris bütün əsas ştatlarda Donald Trampa uduzub. Belə ki, onun seçki kampaniyasına 15 həftə ərzində 1,5 milyard dollar xərclənib.
Kampaniya zamanı Harris reklamlarla yanaşı, məşhurların tədbirlərinə və konsertlərinə həftədə 100 milyon dollara qədər pul xərcləyərək, demokratların tənqidinə tuş gəlib.
Təkcə seçki kampaniyanın son günlərində Las-Veqasdakı “Sphere” arenasının fasadının reklamına 900 min dollar xərclənib. Bura həmçinin dron şoularının təşkili də daxil olub.
Nəşrin qeyd etdiyi kimi, onun komandası oktyabr ayından bəri hətta televiziya reklamı xərclərinə görə də Trampı geridə qoyub.
Harrisin məğlubiyyətindən sonra tərəfdarlarının maliyyə dəstəyi istəməkdə davam etməsi kampaniyanın borcu ilə bağlı da suallara səbəb olub.
Demokratlar Partiyası Maliyyə Komitəsinin sədri Kris Korc yeddi əsas ştatda məğlubiyyəti “şok” adlandırıb və kampaniyanın strategiyasına, o cümlədən strukturuna və büdcəsinə yenidən baxmağa çağırıb.
Qeyd edək ki, noyabrın 5-də ABŞ-də keçirilən prezident seçkilərində Respublikaçıların nümayəndəsi Donald Tramp Demokratların nümayəndəsi Kamala Harrisi məğlub edib. Bundan başqa, respublikaçılar Konqres Senatına da nəzarəti ələ keçiriblər.
Seçilən
8
yeniavaz.com

1Mənbələr