AZ

"İrşad Electronics"ə protokol yazıldı - Malların dəyişdirilməsi qaydalarını pozub

"İrşad Electronics" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 444.2-ci (Satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

İş Nəsimi Rayon Məhkəməsinin hakimi Solmaz Mustafayevanın icraatındadır.

 

Qeyd: MMC-nin qanuni təmsilçisi Aris Valis oğlu Şıxəliyevdir.

 

Xəyal Quliyev

Tarix: 18 Noyabr 2024, 14:24   
Seçilən
30
1
pravda.az

6Mənbələr