AZ

Makron: “Putin Ukraynada sülh istəmir”

\"Rusiyanın Ukraynaya qarşı davam edən hücumları Rusiya prezidenti Vladimir Putinin sülh istəmədiyini göstərir”.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Makron Braziliyada keçirilən G20 Liderlər Zirvəsi öncəsi mətbuata açıqlama verərkən deyib.

Ukraynaya qarşı hücumların intensivliyinin Putinin sülh istəmədiyini və kompromislərə hazır olmadığını göstərdiyini qeyd edən Makron \"Putinin niyyətinin münaqişələri gücləndirmək olduğu aydındır. Biz bunu həftələrdir görürük\" deyib.

Qeyd edək ki, G20 Liderlər Sammiti bu gün Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın liderləri Rio-de-Janeyroda salamlaması ilə başlayacaq.
 
Cəmalə
 

Seçilən
9
azxeber.com

1Mənbələr