AZ

Sonsuzluğa səbəb olan amillər - Ginekoloq açıqladı

Tanınmış ginekoloq Aynurə Abdullayeva sonsuzluğa səbəb olan amillərdən danışıb.

OLAY yazır ki, bu barədə məşhur həkim “Liatris Holding”in rəhbəri Ruhiyyə Əliyevanın “Palata 103” layihəsində açıqlama verib:

“Nənə-babalarımız çox şanslı olublar. Çünki onlar texnologiyanın inkişaf etmədiyi dövrdə yaşayıblar. Normal qida, hava və su qəbul ediblər. Məsələn, gənc oğlandır, 25-26 yaşındadır, analiz nəticələri çox bərbaddır. Sula verirsən ki, neçədə yatırsan? Deyir, 3-4-də, dostlarımla əyləşirəm, oyunlar oynayıram. Bizim sonsuzluqla mübarizə apardığımız bir ailə var idi. Deyirəm ki, xanım həftədə 2-3 dəfə cinsi münasibət olmalıdır. Gülə-gülə cavab verdi ki, həyat yoldaşım oyundan başını qaldırsa, uşağımız olacaq. Bizim gənclərimizin ən böyük problemi budur. İçdikləri enerji içkiləri, yedikləri “fastfood”lar... Baxırsan, ya qızda hansısa problemlər çıxır. Hormonal pozğunluqlar olur, tüklənmə, köklük və sairə. Hamısında hormonal pozulmalar aşkar ediirk. Çünki düzgün qida rasionu, rejimi yoxdur. Onların yatıb-durması hamısı şərtdir. Düşünürəm ki, sonsuzluğun başında bu durur. Bu gün informasiya çoxluğu insanalrda psixoloji asılılıq yaradır”.

Seçilən
13
olay.az

1Mənbələr