AZ

Naxçıvanda kənd təsərrüfatı istehsalı 1 %-dən çox artıb

Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında 304 milyon 608 min 600 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub. Bu barədə Muxtar Respublikanın Dövlət Statistika komitəsindən SİA-ya məlumat verilib.

Bildirilib ki, 2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,5 %, o cümlədən bitkiçilik məhsulları istehsalı 1,7 %, heyvandarlıq məhsulları istehsalı 1,2 % artıb.

Bunun da 177 milyon 20 min 900 manatı bitkiçilik sahəsi üzrə, 127 milyon 587 min 700 manatı isə heyvandarlıq sahəsi üzrə olub.

Seçilən
7
sia.az

1Mənbələr