AZ

Kreml Ərdoğanın Ukrayna planını şərh edib

“Rusiya Ukraynada cəbhə xətti boyunca hərbi əməliyyatların dondurulması variantını məqbul hesab etmir”.Missiya.Az xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya-Ukrayna münaqişəsinin həlli planı ilə bağlı yayılan xəbərləri şərh edərkən deyib.“Döyüş xəttinin dondurulması variantı Rusiya tərəfi üçün qəbuledilməzdir” - deyə siyasətçi vurğulayıb.Qeyd edək ki, bir müddət əvvəl Qərb mediası Ərdoğanın Rio-de-Janeyroda keçiriləcək G20 sammitində öz planını təqdim etmək niyyətində olduğunu yazıb. Bu nəşrlərin məlumatına görə, sənəddə təmas xətti boyunca hərbi əməliyyatların dondurulması, Donbassın şərqində silahsızlaşdırılmış zonanın yaradılması və oraya beynəlxalq qoşunların yerləşdirilməsi, o cümlədən Ukraynanın NATO-ya üzv olmasının 10 il təxirə salınması daxildir.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
7
missiya.az

1Mənbələr