AZ

Borrell: Aİ Rusiyanın dərinliklərinə zərbələri müzakirə edəcək

Aİ diplomatik xidmətinin rəhbəri Cozef Borrel bildirib ki, Aİ xarici işlər nazirləri və müdafiə nazirləri noyabrın 18-19-da Rusiyanın daxilinə zərbələr endirilməsi mövzusunu qaldıracaqlar. Məlumatı TASS verib. 

Borrell Aİ xarici işlər nazirləri və müdafiə nazirlərinin 18-19 noyabr tarixlərində Avropa silahlarının Rusiyaya zərbələrinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını müzakirə edəcəklərini təsdiqləyib, lakin nəticədən əmin olmadığını qeyd edib. 

O, bu barədə Aİ xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündə çıxış edərkən bildirib: “Bununla bağlı müzakirə aparılacaq və ümid edirəm ki, bütün nazirlər bununla bağlı razılığa gələcəklər, amma olmasa, hər bir ölkə düzgün hesab etdiyi şeyi edəcək”, - Borrell ABŞ-nin silahları ilə Rusiya ərazisinin dərinliklərinə zərbələr endirilməsinə icazə verilməsi ilə bağlı xəbərləri şərh edərkən deyib.

Borrell onu da vurğulayıb ki, o, şəxsən həmişə Avropa silahları ilə bu cür zərbələri dəstəkləyib. 

P.ƏMİRCANOV

XQ

 

 

Seçilən
32
43
xalqqazeti.az

10Mənbələr